Mourinyo türkiyəli futbolçunu istəyir
21.04.2015 - 10:20
Mourinyo türkiyəli futbolçunu istəyir

İngiltərə Premyer Liqasında çempionluğa doğru irəliləyən “Çelsi” gələn mövsüm üçün heyəti müəyyənləşdirməyə başlayıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, londonluların gündəmindəki ilk oyunçu “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özildi.

 

“Mavilər”in baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Türkiyə əsilli futbolçunun yayda mütləq alınmasını tələb edib. “Çelsi” rəsmiləri də vaxt itirmədən əzəli rəqiblə təmasa keçib. 2013-cü ildə “Real”dan 42,5 milyon funt-sterlinqə “Arsenal”a transfer olunan Almaniya millisinin üzvü üçün Premyer Liqanın lideri daha yüksək məbləğ ödəməyə hazırdı.

 

Qeyd edək ki, Məsut Özil 2010-2013-cü illərdə “Real”da məhz Joze Mourinyonun rəhbərliyi altında çıxış edib.