Mourinyonun İbrahimoviç sevdası
12.03.2016 - 14:09
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, isveçli forvard “Mançester Yunayted”in maraq dairəsindədi.
Gələn mövsümdən “qırmızı şeytanlar”ın “sükanı arxası”na keçməsi gözlənilən Joze Mourinyonun yeni komandasında görmək istədiyi oyunçulardan biri də İbrahimoviçdi. Bu səbəbdən də ada təmsilçisi 35 yaşlı forvardın meneceri Mino Rayola ilə danışıqlara start verib.
Qeyd edək ki, PSJ ilə müqavilə müddəti cari mövsümün sonuna qədər olan İbrahimoviç yeni sazişə qol çəkməyəcəyini bildirib.
0
0