“Mançester Yunayted”in baş məşqçisi Devid Moyes Çempionlar Liqası ilə bağlı iddialı açıqlamalar verib. Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan 50 yaşlı mütəxəssis ÇL-i qazana biləcək gücdə olduqlarını deyib.
Moyes 1/8 finaldakı rəqibləri Yunan “Olimpiakos”u ilə bağlı da fikirlərini bildirib: “Mən onu səbirsizliklə gözləyirəm. Həqiqətən də bu cür görüşlərdən ləzzət alıram. Əminəm ki, biz Çempionlar Liqasının qalibi olmaq üçün çoxlu şanslarımız var. Amma bunu etmək çox çətin olacaq”.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən ingilis klubunu çalışdırır. Onun komandası hazırda Premyer Liqada 45 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində yer alır.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”