Muaremin ilk oyunu
10.10.2014 - 08:25
Muaremin ilk oyunu

“Qarabağ”ın futbolçusu Muarem Muarem AVRO-2016-nın seçmə mərhələsində ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi yığmasının Lüksemburqla qarşılaşmasında meydana çıxıb.

 

Muarem komandasının 3:2 hesabı ilə qalib gəldiyi ev oyununa start heyətində başlayıb. Makedoniyalı 60-cı dəqiqədə əvəzlənib. Həmin vaxt 1:2 hesabı ilə məğlub durumda olan meydan sahibləri Muarem əvəzlənəndən sonra 2 qol vurub.

 

Qeyd edək ki, Muarem Makedoniya millisində ümumilikdə 6-cı oyununu keçirib. Yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsinin İspaniya ilə ilk oyununda (1:5) heyətə düşməyib.