Müdafiəçi "Beşiktaş"dan imtina etdi
29.04.2015 - 19:14
Müdafiəçi "Beşiktaş"dan imtina etdi

“Beşiktaş” heyətinə qatmaq istədiyi avstriyalı oyunçudan müsbət cavab ala bilməyib. Apasport. az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın “Verder” klubunda forma geyinən Sebastian Prödl Bremen təmsilçisindən yeni təklif alıb.   

 

 

Yeni müqavilə təklifində məbləğin “Beşiktaş”ın irəli sürdüyündən az olmasına baxmayaraq, müdafiəçi indiki halda Bundesliqada oynamağı üstün tutur.

 

  

Xatırladaq ki, bir müddət öncə “Beşiktaş”ın  avstriyalı müdafiəçi ilə 3 illik müqavilə imzalamağa yaxın olduğu bildirilib. Hətta İstanbul nəhənginin 27 yaşlı futbolçu ilə ilkin razılığa gəldiyi açıqlanmışdı.

 

 

Qeyd edək ki, Prödl bu mövsüm 19 dəfə formasını geyindiyi “Verder”də 3 qol vurub.