Müdafiəçimiz "Dənizlispor"un qələbəsində pay sahibi oldu
10.11.2014 - 01:32
Türkiyə PTT I Liqasında IX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, millimizin sabiq futbolçusu Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" da növbəti matçını keçirib.
Doğma publika önündə "Adanaspor"u qəbul edən müdafiəçimizin komandası 2:1 hesablı qələbə qazanıb.
Bu qarşılşamada hesab 1:1 olarkən, Məlikov 30-cu dəqiqədə Cem Tosunun əvəzinə meydana daxil olub.
Qeyd edək ki, "Dənizlispor" 9 oyundan sonra 11 xalla 12-ci yerdə qərarlaşıb.
0
0