Müller Azərbaycana qarşı oynamayacaq
05.03.2014 - 09:30
Müller Azərbaycana qarşı oynamayacaq

Bu gün Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Filippin yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi qapıçı Roland Müllerin xidmətindən məhrum olub.

 

Buna İsveçrənin “Servett” klubunda çıxış edən əlcək sahibinin zədəsi səbəb olub. Müller Dubayda baş tutacaq yoxlama oyununu buraxacaq 3-cü futbolçudur. Ona qədər Neyl Etteric və Pol Malders də zədə səbəbindən yığmanın düşərgəsini tərk etmişdi.