Mundiala 10 vəsiqənin sahibi bəllidi
12.04.2016 - 14:32
Mundiala 10 vəsiqənin sahibi bəllidi

Azərbaycan millisinin pley-off mərhələsində mübarizə apardığı futzal üzrə dünya çempionatının həlledici raunduna çıxış edəcək 24 komandadan 10-u bəllidi. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-dan oktyabrın 1-dək keçiriləcək final mərhələsində Asiya, Okeaniya və Cənubi Amerikanın təmsilçiləri məlumdu.

 

Meydan sahibi Kolumbiya ilə yanaşı, son dünya çempionu Braziliya, həmçinin Argentina, Paraqvay doğma qitələrində təşkil olunacaq mundialda mükafat qazanmağa çalışacaq.

 

Bu mötəbər yarışda Asiyanı Özbəkistan, İran, Tailand, Avstraliya və Vyetnam təmsil edəcək. Okeaniyanın ən güclüsü kimi yarışa qatılmaq imkanını isə Solomon adaları əldə edib.

 

Qeyd edək ki, digər 14 vəsiqədən 7-si Avropanın, 4-ü Şimali Amerikanın, 3-ü Afrikanın payına düşür. Azərbaycan yığması UEFA zonasından 7 vəsiqədən birinə yiyələnmək üçün Hollandiya ilə cavab matçına bu gün çıxacaq. Komandamız səfərdə 5:1 hesabı ilə məğlub etdiyi Hollandiya ilə görüşəcək.

0