Müqaviləsi başa çatan futbolçular “Bakı”ya qayıtmayacaq
30.06.2014 - 10:55
Müqaviləsi başa çatan futbolçular “Bakı”ya qayıtmayacaq

 

“Komandamızın Avstriyaya gedəcəyi tarix dəqiq bilinmir”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.

 

O bildirib ki, buna səbəb viza problemidir: “Tarixin dəqiq bilinməməyinə səbəb viza probleminin olmasıdır. Çünki azərbaycanlı futbolçuların Şengen vizası yoxdur. Biz də bunun üçün Avstriya səfirliyinə müraciət etmişik. Problem yoluna qoyulduqdan sonra təlim-məşq toplanışı üçün həmin ölkəyə yollanacağıq”.

 

Seyidovun sözlərinə görə, müqaviləsi başa çatan legionerlər komandaya qayıtmayacaq: “Digərləri haqqında qərarı isə baş məşqçi Milinko Pantiç verəcək. Hazırda bazamızda məşq edirik. Avstriyaya yollanacağımız günə qədər baş məşqçi komandada qalacaq əcnəbilərin adlarını bizə verəcək. Müqaviləsinin müddəti başa çatan futbolçulardan yalnız Aleksandr Şoliç düşərgədədir. Onun taleyinə qarşıdakı günlərdə aydınlıq gələcək”.

 

İcraçı-direktor Pantiçin nə zaman komandaya qoşulacağını da söyləyib: “Milinko Pantiç Bakıya gəlməyəcək. Elə əvvəlcədən müəyyənləşdirilmişdi ki, o, Avstriyada bizə qoşulacaq. Hazırda köməkçiləri komanda ilə birlikdədir. Burdakı hazırlığı onlar keçirlər”.

0