Musa Sov: Getməyə haqqım yoxdu
08.04.2015 - 22:12
Musa Sov: Getməyə haqqım yoxdu

Daha bir “Fənərbaxça” futbolçusu silahlı basqından sonra mətbuata açıqlama verib. Apasport.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, klubun seneqallı forvardı Musa Sov komandadan getmək fikrindən uzaq olduğunu bildirib.

 

O, “sarı-lacivərdlilər”in heyətində özünü xoşbəxt hiss etdiyini vurğulayıb: “Komandamı və onun azarkeşlərini çox sevirəm. Son hadisədən sonra klubdan necə gedə bilərəm ? Məni sevən, dəstəkləyən bir ölkəni tərk etməyə haqqım yoxdu”.

 

Xatırladaq ki, aprelin 4-də axşam “Rizəspor”la çempionat oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “Fənərbaxça”nın avtobusu Trabzon vilayəti ərazisində atəşə tutulub. Naməlum şəxs ov tüfəngindən avtobusun sürücüsünə atəş açaraq qaçıb. Nəticədə sürücü yaralanıb.

 

Bu xoşagəlməz hadisədən sonra, “Fənərbaxça”da forma geyinən əcnəbilərin komandanı tərk edəcəyi ilə bağlı məlumatlar yayılıb.