Muslera bu mövsüm "rekord" vurdu
20.04.2015 - 18:42
Muslera bu mövsüm "rekord" vurdu

“Qalatasaray”ın qapıçı Fernando Muslera komandasının heyətində ən pis mövsümünü yaşayır. Apasport.az saytının məlumatına görə, onun cari ildə qapısında gördüyü qolların sayı əvvəlki vaxtlara nisbətdə heç də ürəkaçan deyil.

 

Belə ki, uruqvaylı “Latsio”dan transfer olunandan 4 il ərzində ən çox məhz bu mövsüm çərçivəsindən top buraxıb. Hazırkı göstəriciyə əsasən, o, 27 çempionat qarşılaşmasında 34 dəfə üzülüb. Həmin matçların hər birində 90 dəqiqəni meydanda keçirib.

 

Bununla belə, 2011-2012-ci illərdə “sarı-qırmızılar”ın heyətində ardıcıl 20 oyunda qapısını toxunulmaz saxlamaqla rekorda imza atmışdı.