Adı daha öncə “Mançester Yunayted” və “Çelsi” kimi klublarla çəkilən Fernando Musleranı indi də “Arsenal” heyətinə cəlb etmək üçün hərəkətə keçir. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi Arsen Venger “Qalatasaray” qapıçısını uzun müddətdən bəri təqib edir.
Belə ki, Petr Çexdən cavab ala bilməyən “Arsenal” uyğun variant kimi Musleranın transferi barəsində düşünür. İngilis klubu çərçivə qoruyucusu ilə mövsüm sonunda anlaşmaq niyyətindədi. Lakin “sarı-qırmızılar”ın uruqvaylı qapıçını asanlıqla əldən verəcəyi real görünmür.
Qeyd edək ki, Muslera 2011-ci ildən “Qalatasaray”ın şərəfini qoruyur.