“Azərbaycandakı layihə fərqlidir. Bu, “Mustafa Dənizli bu komandanı çempion etsin” lahiyəsi deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun türkiyəli baş məşqçisi Mustafa Dənizli deyib.
Türkiyəli həmkarlarımız 64 yaşlı mütəxəssisdən geniş müsahibə götürüblər. Təbii ki, söhbət zamanı Dənizliyə “Xəzər Lənkəran”dakı işi ilə bağlı da sual ünvanlanıb. Mustafa bəy məqsədinin Azərbaycan futboluna töhfə vermək olduğunu söyləyib: “Buraya, bu ölkə futboluna əlimdən gələn köməkliyi göstərmək üçün gəldim. Klubumuzun prezidenti çıxışında bunları söyləyir. Bu missiyanı üzərimə götürdüm. 25 ildir bu sənətdəyəm. 20 ilə yaxın peşəkar futbolçu karyeram var. Təcrübə dediyin şeyi məktəbdə oxuyaraq qazana bilmərsən. Təcrübə - həyatda yaşadıqlarının birləşməsidir”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”