“İnter”lə qarşılaşmada bir neçə futbolçunun xidmətindən yararlana bilmədik. Lakin komandamız yaxşı oynadı, qol vəziyyətləri yaratdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türkiyəli mütəxəssis Topaz Premyer Liqasının XXIV turunun “İnter”lə ev oyunu haqda fikirlərini açıqlayıb. Matçdan sonra keçirilən mətbuat konfransında çıxış edən Dənizli 1:1 hesablı heç-heçədən narazı qaldığını bildirib: “Lakin görüş heç-heçə başa çatdı. Ev oyunlarında əvvəl yaxşı oynasaq da, son turlarda öz meydanımızda heç-heçələri sıralayırıq. Amma bunlar turnir cədvəlinin yüksək pillələrində qərarlaşanlarla matçlardır. Çalışıb daha yaxşı nəticələr göstərməliyik. Komandanın bunun üçün potensialı var. Hakimlik haqda danışmaq istəmirəm. Oyunun hakimləri barədə müəyyən fikirlərim var. Lakin bunları media ilə paylaşmaq istəmirəm. Heyətdəki itkilərə gəlincə isə hər bir komanda belə problemlə üzləşə bilər”.
Qeyd edək ki, “Xəzər Lənkəran” - “İnter” matçında qonaqlar hesabı penaltidən açıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”