“Artıq neçənci oyundur ki, son saniyələrdə penaltidən qol buraxırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli deyib.
“Xəzər Lənkəran” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Araz Naxçıvan”la bərabərə qalıb. Cənub təmsilçisinin matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə rəqibin penaltidən vurduğu qolla qələbəni əldən verməsi Dənizlini narazı salıb: “Hər şeyə rəğmən, nəticəni normal hesab edirəm. Rəqibimiz güclü, I divizionda sözünü demiş komandadır. İnşallah, Lənkəranda keçiriləcək cavab matçında sərfəli nəticə qazanıb, növbəti mərhələyə keçəcəyik. Hakimliyə gəlincə, onlar barədə futbolu və oyun qaydalarını bilən şəxslər danışmalıdırlar. Mən heç vaxt hakimlərlə bağlı fikir söyləmədim, yenə də söyləməyəcəyəm”.
Qeyd edək ki, “Araz Naxçıvan” – “Xəzər Lənkəran” görüşü 1:1 hesabı ilə başa çatıb. Cavab matçı martın 19-da Lənkəranda baş tutacaq.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi