Topaz Premyer Liqasının XXIV turunda “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu gün saat 11:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb.
Hazırlıq prosesindən əvvəl komandanın toplantısı keçirilib. Toplantıda Xocalı faciəsi anılıb. Baş məşqçi Mustafa Dənizlinin Xocalı soyqırımı haqqında ətraflı çıxışı və komandanın tərcüməçisi Elvar Quliyevin də baş məşqçinin dediklərinə bəzi tarixi faktları əlavə etməsi legioner futbolçuları çox təsirləndirib. Eyni zamanda, Dənizlinin Xocalı soyqırımı barədə bu qədər geniş informasiyaya malik olması stadion əməkdaşlarını heyrətləndirib.
Qeyd edək ki, dünən olduğu kimi, bu gün də zədəli futbolçular – Rasim Ramaldanov, Rahid Əmirquliyev və Etame Mbilla məşqdə iştirak edə bilməyiblər.
12cioyuncu.info
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”