Mustafi uğrunda “El-klasiko”
26.06.2015 - 23:55
“Valensiya”nın müdafiəçisi Şkodran Mustafi İspaniyanın aparıcı klublarının maraq dairəsinə düşüb. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, “Real” və “Barselona” futbolçunu heyətində görməkdə maraqlıdı.
Bu barədə oyunçunun agenti məlumat verib:
“Müştərimlə “Real” maraqlanır, ancaq hələ danışıqlara başlamamışıq. Qışda “Barselona”dan da təklif almışdıq”.
Qeyd edək ki, 23 yaşlı alman müdafiəçi ötən mövsüm “Valensiya” forması ilə meydana çıxdığı 33 oyunda 4 qola imza atıb.
Mustafi 8 dəfə də Almaniya milli komandasının formasını geyinib.
0
0