16 yaşadək futbolçulardan ibarət yığmamızın Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışı təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, toplanış ərzində U-16-nın 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tututlub.
Baş məşqçi Təbriz Həsənov komandanın hazırlıq prosesinə 21 futbolçu dəvət edib. Bunlardan yalnız Emin Səfixanov Ukraynada çıxış edən legionerdir: Kamran İbrahimov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Ərziman Rizvanov, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Aqşin Hüseynov, İlkin Abdullayev, Murad Qayalı, Tural Əjdərli, Əli Sadıxov (hamısı “Qəbələ”), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”), Emin Səfixanov (“Metallurq” Donetsk, Ukrayna), Nazim Bağırov, Asim Abdullazadə (hər ikisi “Bakı”), Ceyhun Muxtarlı, Kamran Əliyev, Nadir Qasımov, Vəfalı Qasımov (hamısı “İnter”), İsmayıl Babayev (“Sumqayıt”), Məmməd Hüseynov (“Qarabağ”).
Qeyd edək ki, Belqrad toplanışı oktyabrın 23-dən 31-dək keçiriləcək.