Bakının “İnter” klubu Azərbaycan kubokunun 2014/15 mövsümündə ilk dəfə qol buraxıb. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin bu gün “Neftçi” ilə keçirilən ilk oyununadək qapısını toxunulmaz saxlayan “bankirlər”i 19-cu dəqiqədə Nikolas Kanales məyus edib.
Bunadək 1/8 finalın “Şahdağ” (3:0), 1/4 finalın “Xəzər Lənkəran”la (3:0, 2:0) oyunlarında qol buraxmayan “İnter” sonuncu dəfə ötən mövsümün 1/4 finalında qapısına qol görmüşü. Həmin vaxtda Kaxaber Sxadadzenin yetirmələrini “Neftçi” məyus etmişdi.
2014-cü il martın 12-də “İnter Arena”da qeydə alınan 1:1 hesablı bərabərlikdən sonra səfərdəki qolsuzluq “bankirlər”in yolunu bağlamışdı. Bahodir Nasimovun 397 gün əvvəl martın 51-ci dəqiqəsində vurduğu qoldan sonra Sxadadzenin komandası ötən mövsüm 129, cari mövsüm 289 dəqiqə qapısından qol buraxmayıb. Nasimovdan Kanalesə qədər olan quru seriya isə ümumilikdə 418 dəqiqə təşkil edib.