[b]Rio-2016: Boksçumuz üçün Qazaxıstandan rəqib[/b]
13.08.2016 - 11:50
Rio-2016-da boks yarışlarının 1/4 finalına yüksələn Azərbaycan təmsilçisi Kamran Şahsuvarlının rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, boksçumuz yarımfinala vəsiqə uğrunda döyüşdə Qazaxıstan təmsilçisi Janibek Alimxanulu ilə üz-üzə gələcək.
1/8 finalda rusiyalı Artyom Çebotaryovu 2:1 hesabı ilə yenən Kamranın növbəti döyüşü avqustun 15-də baş tutacaq. Şahsuvarlının Alimxanovla qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0