Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçimizin formasını geydiyi “Karlsrue” II Bundesliqanın XXXII turunun “Darmştadt”la qarşılaşmasında iştirak edib.
Nazarovun komandası ev oyununda 0:1 hesabı ilə məğlub olub. Dmitri komandası qol buraxandan 4 dəqiqə sonra meydana daxil olub.
Lakin 70-ci dəqiqədə komanda yoldaşını əvəzləyən yarımmüdafiəçi “Karlsrue”nin məğlubiyyətdən xilas olmasına kömək edə bilməyib.
Qeyd edək ki, hesabında 52 xal olan “Karlsrue” çempionatın sonuna 2 tur qalmış 4-cü pillədə qərarlaşıb.