"...onlar köməkçi-məşqçi təyin olunmasalar, yaxşı çıxmaz" - Nazim Süleymanov
28.04.2015 - 09:47
"...onlar köməkçi-məşqçi təyin olunmasalar, yaxşı çıxmaz" - Nazim Süleymanov

“U-19-da mənə kömək etməsini istədiyim şəxsləri müəyyənləşdirmişəm. Siyahı hazırdı, onu federasiya rəhbərliyinə təqdim etmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət yığmamızın yeni baş məşqçisi Nazim Süleymanov deyib.

 

Bu postda Nikolay Adamı əvəzləyən Süleymanovun köməkçilərinin kimlər olacağı hələ də müəyyənləşməyib. Keçmiş futbolçunun sözlərinə görə, buna yaxın günlərdə aydınlıq gələcək: “Kimləri yanımda görmək istəyirəmsə, adlarını siyahıda yazmışam. Hazırda AFFA rəhbərliyindən cavab gözləyirəm. Bəlkə federasiya rəsmiləri  həmin şəxslərin köməkçi olmalarına razılaşmayacaqlar. Buna görə də, indidən adlarını açıqlamaq istəmirəm. Desəm, sonra onlar köməkçi-məşqçi təyin olunmasalar, yaxşı çıxmaz”.

 

Qeyd edək ki, Nazim Süleymanov əvvəlki illərdə əsas millidə köməkçi-məşqçi, “Xəzər Lənkəran”, AZAL və “Neftçi” klublarında isə baş məşqçi vəzifəsini yerinə yetirib.