Nika Kvekveskiri Qazaxıstana qarşı 12 dəqiqə oynadı
30.03.2016 - 09:39
Nika Kvekveskiri Qazaxıstana qarşı 12 dəqiqə oynadı

Bakının “İnter” klubunun futbolçusu Nika Kvekveskiri Gürcüstan yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Qazaxıstanla Tiflisdə keçirilən qarşılaşmada iştirak edib.

 

Nika oyunun 78-ci dəqiqəsində Giorgi Aburyaniyanı əvəzləyib. Bu, onun yığmada 3-cü oyunu olub.

 

Əvvəlki iki qarşılaşmada “İnter”in sabiq baş məşqçisi Kaxaber Sxadadzenin şans verdiyi Kvekveskiri yeni baş məşqçi Vladimir Vayssın debüt matçında da şans qazanıb.

 

Qeyd edək ki, Gürcüstan – Qazaxıstan matçı 1:1 hesabı ilə başa çatıb.