Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç İtaliya – Azərbaycan oyunu haqqında danışıb. Apasport.az xəbər verir ki, AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 13-də millimizlə qarşılaşacaq xorvatiyalıların çalışdırıcısı Bolqarıstan üzərində 1:0 hesablı qələbədən sonra növbəti oyun haqqında fikirlərini açıqlayıb.
“Azərbaycan kimi tanınmamış komandalara qarşı oynamaq çətindi. Bizim də növbəti oyunumuz məhz bu komandaya qarşıdı. Ümumiyyətlə, İtaliyanın Azərbaycanı 2:1 hesabı ilə məğlub etməsi çox təəccüblü oldu. Hamı qrupun favoriti sayılan 4 qat dünya çempionlarının rahat qalib gələcəyini düşünürdü. İndi mən də fikirləşirəm ki, tanınmış komandalara qarşı oynamaq daha asandı. Biz Azərbaycanı doğma meydanımızda qəbul edəcəyik. Amma düşünürəm ki, heç də asan oyun olmayacaq” – deyə, Kovaç bildirib.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu oktyabrın 13-də Osiek şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtilə saat 23:45-də start götürəcək.