Nikola Kaliniç: “Qarabağ”a qarşı öz meydanımızda oynasaydıq...- MÜSAHİBƏ
28.10.2014 - 02:06
Nikola Kaliniç: “Qarabağ”a qarşı öz meydanımızda oynasaydıq...- MÜSAHİBƏ

"Dnepr"in hücumçusu Nikola Kaliniç "Volın"la Ukrayna kubokunun 1/8 final mərhələsinin cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı forvard Avropa Liqasının qrup mərhələsində qarşıda keçirəcəkləri təmsilçimiz "Qarabağ"dan da danışıb...

 

- Nikola, necə alındı ki, siz qol vuran zaman topu yuxarı küncə göndərdiz?

- Ümumiyyətlə, qapını dəqiq nişan almağa çalışıdım, amma top yuxarı küncə getdi.

 

- Siz meydana əvəzetmədən sonra çıxıb, fərqləndiniz. İlk dəqiqələrdən oynayaraq, əvvəl də qol vururdunuz. Burada sənin üçün fərq var?

- Bilmirəm, meydana nə vaxt çıxmağımdan aslı olmayaraq, mən həmişə daha yaxşı oynamağa çalışıram. Lakin start heyətdən mübarizə aparmaq daha gözəldir.

 

- "Volın"nın belə az müqavimət göstərəcəyini gözləmirdiz?

- Biz Lutskda 0:1 hesabı ilə uduzduq. Həm də orada kifayət qədər qol imkanları yaratdıq. Bu gün daha yaxşı oynayıb, 4 qol vurduq.

 

Qarşıda “Dinamo” və “Şaxtyor”la oyunlar olacaq...

- Bütün bunların hamısı bizim üçün əhəmiyyətli olacaq. Əlbəttə, ağır keçəcək.

 

- “Dinamo”, “Şaxtyor” və “Qarabağ”. Bunlardan hansını çətin qarşılaşma kimi qiymətləndirərdiniz?

- Hər bir oyun ağır olacaq.

 

- Bu, komanda üçündür. Bəs şəxsən sizin üçün?

- Bilmirəm... Yəqin ki, Kiyev “Dinamo”suna qarşı oyun.

 

- Bir müddət əvvəl "Qarabağ"la ev oyunu uğursuz alındı. Necə düşünürsüz, səfərdə vəziyyəti düzəldə biləcəksiz?

- Fikrimcə, biz "Qarabağ"dan güclüyük. Hərçənd, onlar da yaxşı komandadır. Heyətlərində braziliyalılar, Makedoniya yığmasının oyunçusu forma geyinir.

 

- Bəs Bakıda şans sonuncu olacaq?

Bəli. Qalib gəlmək lazımdır.

 

- Nəyə görə "Dnepr" evində və səfərdə fərqli oyun nümayiş etdirir?

Burada biz öz azarkeşlərimiz qarşısında mübarizə aparırıq. Düşünürəm ki, "İnter" və "Qarabağ"a qarşı da öz meydanımızda oynasaydıq, stadion dolu olardı.

0