Norveç millimizlə oyuna “sülh”lə gəlir
09.06.2015 - 07:52
Norveç millimizlə oyuna “sülh”lə gəlir

Milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Norveç və Bolqarıstan da növbəti sınağına çıxıb.

 

İyunun 12-də yığmamızı qəbul edəcək skandinaviyalılar öz meydanında yarımadanın digər təmsilçisi İsveçlə qarşılaşıb. Norveçlilər yığmamızla oyun öncəsi son sınaqda azarkeşlərini qələbə ilə sevindirə bilməyib. Gərgin keçən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

 

Bolqarıstan millisi isə Türkiyə ilə görüşüb. “Ay-ulduzlular” balkanlıları 4 cavabsız qolla darmadağın edib.

 

Daha bir matçda iki Avropa təmsilçisi üz-üzə gəlib. Danimarka ilə Monteneqro arasında matçda şimallılar qalib gəlib – 2:1.

 

Yoldaşlıq oyunları

Qana – Toqo – 1:0

Misir – Malavi – 2:1

Türkiyə - Bolqarıstan – 4:0

Danimarka – Monteneqro – 2:1

Malta – Litva – 2:0

Norveç – İsveç – 0:0