“O qədər də çətin qrupa düşməmişik. İtaliyanı dayandırmağın yolunu bilirik. Onlarla qarşılaşmanı səbirsizliklə gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bunu Norveç millisinin baş məşqçisi Per-Matias Höqmo deyib.
Höqmo millimizin də yer aldığı qrup haqqında fikirlərini bildirib. 54 yaşlı çalışdırıcının sözlərinə görə, qrupda komandalar bir-birindən xal almağa qadirdir: “Xorvatiya 2-ci səbətin ən güclü komandalarından biridir. Həm İtaliya, həm də Xorvatiya dünya çempionatına hazırlaşır. Çox cəlbedici qrupdur. Düşünürəm ki, burda bəzi komandalar bir-birindən xal ala bilər. Ancaq İtaliya qrupun favoritidir. İndi vacib məsələ payıza kimi bütün rəqiblərimiz haqqında məlumat toplamaqdır. Bu matçlara yaxşı hazırlaşmaq üçün yoldaşlıq oyunları keçirəcəyik. Bəxtimiz gətirib ki, Rusiya, Fransa və Çexiya ilə görüşəcəyimiz dəqiqləşib”.
Qeyd edək ki, millimizin yer aldığı H qrupunda, İtaliya, Xorvatiya, Norveçdən başqa, Bolqarıstan və Malta da var.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”