Norveç yığmasının Bakıdakı mətbuat konfransının vaxtı açıqlandı
12.11.2014 - 18:38
Norveç yığmasının Bakıdakı mətbuat konfransının vaxtı açıqlandı

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Azərbaycan millisi ilə qarşılaşacaq Norveç yığmasının Bakıdakı mətbuat konfransının və açıq məşqinin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qonaq komanda noyabrın 15-də KİV nümayəndələrinin qarşısına çıxacaq.

 

“Bakcell Arena”da baş tutacaq mətbuat konfransı saat 18:00-da başlayacaq. 30 dəqiqə sonra isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq.

 

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu noyabrın 16-da, saat 21:00-da start götürəcək. 

Mənbə: affa.az