“Çətin olsa da, qələbə qazanmağı bacardıq. Komandamız yaxşı oyun göstərmədi, amma 3 xalı qazandı”. Apasport.az xəbər verir ki, bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında Norveç millisinin müdafiəçisi Veqar Forren deyib.
Skandinaviyalı futbolçu dünən AVRO-2016-nın seçmə mərhələsində millimiz üzərində qazandıqları 1:0 hesablı qələbədən danışıb. Onun sözlərinə görə, yığmamız Berti Foqtsun gedişindən sonra fərqli oyun göstərdi: “Demək olar ki, oyunda bir şansımız oldu. Künc zərbəsindən sonra Hovard Nortveyt qapıya başla zərbə vurdu və qol oldu. Əsas odu 3 xal bizimdi. Qazandığımız hər xal bizə final mərhələsinə getməyə kömək edə bilər. Biz oyundan əvvəl də bilirdik ki, Bakıda bizi asan oyun gözləmir. Azərbaycan yığması Berti Foqtsun gedişindən sonra fərqli oyun göstərdi. Onlar daha çox hücum edirdilər. Amma əvvəlki matçlarda belə deyildi”.
Forren millimizin yarımmüdafiəçisi Araz Abdullayevi Kriştiano Ronaldoya oxşatdığını da sözlərinə əlavə edib: “Ümumiyyətlə, rəqibin heyətində yaxşı futbolçular var. Hücum xətti fəal görünürdü. Qrupda keçirdikləri əvvəlki 3 oyundan fərqli heyətdə dəyişikliklər olmuşdu. Onların sağ cinah yarımmüdafiəçisi Araz Abdullayevi xüsusi qeyd etmək istəyirəm. O, mənə Kriştiano Ronaldonu xatırlatdı”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı