Obameyanq dünya nəhəngi ilə anlaşdı
11.03.2016 - 18:56
Obameyanq dünya nəhəngi ilə anlaşdı

Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanq mövsümün sonunda komandasını tərk etmək qərarına gəlib. Apasport.az saytının İspaniyanın yüksək tirajlı “AS” qəzetinə istinadən məlumatına görə, 26 yaşlı forvard yeni klubu ilə də anlaşıb.

 

Qabon yığmasının üzvü “Real”la ortaq məxrəcə gəlib. Tərəflər arasında görüş müsbət nəticələnib və Obameyanq Madrid klubuna keçməyə razılıq verib. İndi qalır onun klubu ilə anlaşmaq. Doğrudu, “Borussiya” futbolçusunu satmaq fikrindən uzaqdı. Bu üzdən də Obameyanqın transfer qiymətinin 100 milyon avro olduğunu bəyan edib.

 

“Bavariya”nın hücumçusu Robert Levandovskinin keçidindən hələlik vaz keçən “Real” “Borussiya”nın tələb etdiyi məbləği ödəməyə hazırdı.

 

Qeyd edək ki, Obameyanq 2013-cü ildən “Borussiya”nın formasını geyinir.