[b]Oğuz Çətin: Penalti və müdafiədəki səhvlər öz sözünü dedi[/b]
26.10.2014 - 20:25
[b]Oğuz Çətin: Penalti və müdafiədəki səhvlər öz sözünü dedi[/b]

“Çox məyusuq. Qələbə qazansaydıq, turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracaqdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

 

Türkiyəli çalışdırıcı bu gün Topaz Premyer Liqasının IX turunda səfərdə “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyundan danışıb: “Bu, çox önəmli matç idi. Penalti və müdafiədəki səhvlər öz sözünü dedi. Amma biz ikinci hissədə toparlandıq. İkinci qoldan sonra ümüdləndik. Lakin nə qədər çalışsaq da, üçüncü qolu vura bilmədik. Səhvlərimiz xal itkilərinə səbəb oldu. Bunu aradan qaldırmalıyıq” (pfl).