Oğuz Çətin: Yılmaz Vural Azərbaycan yığmasına gəlsə...
20.11.2014 - 11:30
Oğuz Çətin: Yılmaz Vural Azərbaycan yığmasına gəlsə...

“Yılmaz Vural Türkiyə üçün çox dəyərli məşqçidi. Futbolu çox yaxşı bilir. Azərbaycan millisi üçün faydalı olar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

 

Türkiyəli mütəxəssis həmyerlisi Yılmaz Vuralın Azərbaycan yığmasının baş məşqçisi postuna namizəd olmasına münasibət bildirib: “Yılmaz Vural 30 ildi Türkiyədə məşqçilik edir. Təcrübəli mütəxəssislərdən biridi. Əgər onun Azərbaycan yığmasına gəlişi reallaşarsa, faydalı olacağını düşünürəm. Həqiqətən belə bir məşqçi milli üçün çox şey edə bilər”.