Ölkə kubokunun 7 bombardiri
14.04.2015 - 09:46
Ölkə kubokunun 7 bombardiri

Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 1/2 final mərhələsinin ilk oyunlarında qol vuran hər iki futbolçu bu siyahıya daxil olub.

 

Belə ki, “Simurq”la qarşılaşmada vurulan yeganə qolun müəllifi olan Cavid Tağıyev “Qarabağ”a qələbə qazandırmaqla yanaşı, 2 dəfə fərqlənən Reynaldo, Bəxtiyar Soltanov və Röyal Nəcəfova çatıb.  

 

“İnter”lə ev oyununda “Neftçi”nin hər iki qoluna imza atan Nikolas Kanales də bu siyahıya daxil olub. Kubokun iki ən yaxşı bombardiri isə Vüqar Nadirovla Draqan Çerandı. Onlar hərəyə 2 dəfə fərqlənən izləyicilərindən xeyli öndədir.

 

Belə ki, Nadirov 5, Çeran 4 qola sevinib. Reynaldo, Cavid və Nikolas liderə çatmaq üçün het-trikə imza atmalıdı.

 

yer

futbolçu

klub

qol

1

Vüqar Nadirov

“Qarabağ”

5

2

Draqan Çeran

“Simurq”

4

3-7

Röyal Nəcəfov

MOİK

2

 

Reynaldo Silva

“Qarabağ”

2

 

Bəxtiyar Soltanov

“Qəbələ”

2

 

Cavid Tağıyev

“Qarabağ”

2

 

Nikolas Kanales

“Neftçi”

2