Ölkənin ən titullu klubuna çempionatda iştirak üçün lisenziyası verilmədi
21.05.2015 - 00:42
Bolqarıstan Futbol Federasiyası (BFF) ÇSKA və “Lokomotiv”ə lisenziya verməyib. Apasport.az saytının məlumatına görə, bu barədə BFF-nin mətbuat xidməti məlumat yayıb.
Gələn mövsüm daxili birincilikdə və Avrokuboklarda iştirak üçün lisenziya ala bilməyən klublar bir həftə ərzində apelyasiya şikayəti verə bilərlər.
Bolqarısatn çempionatında finişə iki tur qalmış “Lokomotiv” 51 xalla 3-cü, ÇSKA isə 48 xalla 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, ordu klubu həm də 31 dəfə çempionluq sayı ilə ölkənin ən titullu klubudur.
0
0