[b]Ölkəsində Ronaldoya səs vermədilər [/b]
14.11.2014 - 01:06
[b]Ölkəsində Ronaldoya səs vermədilər  [/b]

Portuqaliyada 2014-cü ilin ən yaxşı idmançıların “Top-32”-si açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Real”ın hücumçusu Kriştianu Ronaldo səsvermənin final mərhələsinə keçə bilməyib.

 

“Kral klubu”nun forvardı 2014-cü ildə La Liqada 31 qolla bombardir olub. O, mövsümün nəticəsinə görə “Qızıl buts”u qazanıb.

 

Bundan başqa, Ronaldo “Real”ın heyətində Çempionlar Liqasınına sahib olub və hazırda da İspaniya çempionatında 23 qolla bombardirdi.

 

Bu qədər titulları yiyələnən Kriştianu yenə də ölkəsində səs toplaya bilməyib.