Ölümcül xəstə olan futbolçu vida matçının vaxtını açıqladı
13.03.2014 - 03:31
Ölümcül xəstə olan futbolçu vida matçının vaxtını açıqladı

 

 

Ölümcül xəstə olan hollandiyalı futbolçu Fernando Riksen vida matçının vaxtını müəyyən edib. Apasport.az saytının məlumatına görə, Riksenlə vida görüşü mayın 25-də Hollandiyanın “Fortuna” klubunun stadionunda keçiriləcək.

 

Riksen “Fortuna” futbol klubunun yetirməsidir və professional idmanda da sonuncu mövsümünü bu komandanın heyətində keçirib. Futbolçu özü ulduzlar komandasının heyətinə daxil olacaq və keçmiş komandasına qarşı çıxacaq.

 

37 yaşlı Riksen ötən ilin iyununda karyerasını başa vurub. O, 2013-cü ilin oktyabrında televiziyaya müsahibəsində etiraf edib ki, ona amiotrofik skleroz – Lu Qeriqa xəstəliyi diaqnozu qoyulub. Bu, tədricən inkişaf edən, müalicəsi olmayan mərkəzi sinir sistemi xəstəliyidir. Xəstəlik inkişaf etdikcə, kəllə beyninin həm yuxarı, həm də aşağı hərəkət neyronlarının yoluxmasına gətirib çıxarır. Bu da öz növbəsində iflicə, əzələlərin atrofiyasına səbəb olur.

 

Nəfəs yollar və ya nəfəs əzələləri xəstəliyə yoluxanda, xəstəlik ölümlə nəticələnir.