AVRO-2016-nın seçmə mərhələsinin Xorvatiya ilə Osiyekdəki oyunu Azərbaycan millisinin futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 32 yaşlı müdafiəçi 60-cı dəfə meydana kapitan kimi çıxıb.
Yığmada hamıdan çox 93 oyun keçirən Sadıqov yubiley kapitanlığı ilə bu göstəricidə də liderliyini möhkəmlədib. Tərlan Əhmədov 41, Nazim Süleymanov 22, Aslan Kərimov 18, Qurban Qurbanovla Mahir Şükürov hərəyə 11 dəfə millinin oyununa kapitan kimi başlayıb. Digərləri isə buna 10 dəfədən az nail olub.
Qeyd edək ki, Xorvatiya millisi Osiyekdəki oyunda 6:0 hesabı ilə qalib gəlib.