Oyuna gecikən komanda aşağı liqaya göndərildi
31.01.2014 - 05:10
Oyuna gecikən komanda aşağı liqaya göndərildi

Türkiyə Futbol Federasiyası 3-cü liqada mübarizə aparan “Siirtspor” klubunu ağır şəkildə cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Anadolu təmsilçisi aşağı liqaya göndərilib.

 

Belə ki, buna səbəb, “sarı-mavilər”in “Derice Bələdiyəspor” matçına gecikməsi olub. Nizam-İntizam Komitəsi isə, bu hərəkəti cari mövsümdə ikinci dəfə təkrarlayan komandanın gecikdiyi və bundan sonra keçirəcəyi bütün oyunlarına texniki məğlubiyyət verib.

 

Qeyd edək ki, “Siirtspor” 1999-2000 mövsümündə ölkənin güclülər dəstəsi Superliqada mübarizə aparıb.