Özil: Tənqidlər məni narahat etmir
07.03.2014 - 05:49
Özil: Tənqidlər məni narahat etmir

 

 

“Arsenal”ın türk yarımmüdafiəçisi Məsut Özil Britaniya KİV-nin hər həftə onunla bağlı mövqeyini dəyişdiyini bildirib. Apasport.az saytının məlumatına görə, Özil son zamanlar kəskin tənqid olunur.

 

Tənqidlər Çempionlar Liqasının 1/8 mərhələsində “Bavariya” ilə oyundan sonra kəskinləşin. Özil o zaman oyunun əvvəlində penaltini qola çevirə bilməyib və yekunda “Arsenal” 0:2 hesabı ilə uduzub.

 

Özil artıq tənqidin onu narahat etmədiyini bəyan edib: “Üç həftə əvvəl qəzetlər başqa ruhda yazırdı. Üç həftə sonra da başqa cür yazacaqlar. Bu onların işidir. İstənilən oyunçuya Premyer-liqaya adaptasiya üçün vaxt lazımdır. Bu barədə hamı deyir. Burada tamamilə fərqli səviyyəli mübarizədir. Aydındır ki, məni özünəməxsus yüksəliş və eniş gözləyir. Çünki mən mövsümə hazırlıq mərhələsini buraxmışam. Elə dövr olub ki, oyunumdan özüm də razı qalmamışam. Amma bu dövrü adlamışam”.

 

Qeyd edək ki, bu mövsüm “Real”dan “Arsenal”a keçən Özil yeni klubunun heyətində 33 oyun keçirib, 5 qol vurub və 11 qol ötürməsi edib.

 

 

0