Özil zədəsindən danışdı
14.03.2014 - 07:19
Özil zədəsindən danışdı

 

 

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil “Bavariya”ya qarşı görüşdə aldığı zədədən danışıb. Apasport.az saytının məlumatına görə, türk əsilli futbolçu oyunun əvvəlində zədələndiyini bildirib.

 

“İndi hər şey aydındır: Mən “Bavaria” ilə görüşün ikinci dəqiqəsində əzələ zədəsi almışam. Var qüvvəmi ortaya qoydum və birinci hissənin sonuna qədər oynadım. Şübhə etməyin, mən daha güclü şəkildə qayıdacağam” - deyə, Özil “Facebook” səhifəsində qeyd edib.

 

Xatırladaq ki, həkimlər Özilin Ən azı 4 həftə yaşıl meydana çıxa bilməyəcəyini bildirirlər.