Özkara komandasının darmadağın olunmasında iştirak etdi
24.02.2014 - 10:27
Özkara komandasının darmadağın olunmasında iştirak etdi
Milli komandamızın hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” Superliqanın XXII turunda səfərdə gözlənilmədən “Kasımpaşa” tərəfindən darmadağın olunub. Apasport.az saytının məlumatına görə, bu darmadağının canlı şahidlərindən biri də Özkara olub.

O, 2:6 hesabı ilə komandasının yenildiyi matça 77-ci dəqiqədə daxil olub. Futbolçumuz Kadir Bəkməzcini əvəzləyib. Cihan meydana daxil olanda hesab artıq 2:5 olub.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Sivasspor”un ilk “3-lüy”ə düşməsi bir qədər də çətinləşib. Çünki 36 xalla IV pillədə olan Sivas təmsilçisi ilə “Beşiktaş” arasında olan xal fərqi 6 olaraq qalıb.