Palasio ilə daha 1 il
26.02.2014 - 22:40
“İnter” təcrübəli hücumçusu Rodriqo Palasio ilə müqavilənin müddətini uzadacaq. Apasport.az saytının məlumatına görə, bu barədə “Sport Mediaset” xəbər yayıb.
Belə ki, 32 yaşlı futbolçunun 2015-ci ildə başa çatacaq cari sözləşməsi daha 1 il uzadılacaq və onun maaşı artaraq, illik 3 milyon avro olacaq. Məlumatlara görə, Milan klubu ilə futbolçunun meneceri arasında danışıqlar sona çatmaq üzrədir.
Qeyd edək ki, Argentina millisinin də üzvü olan Palasio 2012-ci ildə digər İtaliya A Seriyası təmsilçisi “Cenoa”dan “İnter”ə keçib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0