Topaz Premyer Liqasının XXXVI turunda “Rəvan” üzərində 3:2 hesablı qələbə qazanan “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, serbiyalı mütəxəssis bildirib ki, mövsümün son oyununu qələbə ilə başa vurduqlarına sevinir: “Rəvan” üçün üzülürəm, istərdim ki, Premyer Liqada qalsınlar. Onlara gələcəkdə uğurlar arzulayıram. Gənc futbolçumuz Tural Qürbətovun qol vurması məni sevindirdi. Ümid edirəm ki, gələcəkdə də bizə çox fayda verəcək. Heyətdəki bəzi futbolçularımız komandadan gedəcək. Əfran İsmayılovun bizimlə müqaviləsi davam edir”.
“Rəvan”ın çalışdırıcısı Güvənc Kurtar isə hakimi günahlandırıb: “Çox vacib oyuna çıxdıq, rəqibin kimliyindən asılı olmayaraq, mütləq qalib gəlməli idik. Təəssüf ki, ilk hissənin ortalarında qapımızdan qol buraxdıq. Rəqib futbolçu bizim oyunçuya qarşı kobud oynadı, hakim birbaşa qırmızı vərəqə ilə cəzalandırmalı idi, lakin heç nə vermədi. Bundan sonra oyun barəsində heç nə danışmaq istəmirəm. Oyunun taleyini hakim dəyişdi”.
Pantiç həm sevinir, həm üzülür, Kurtar isə hakimi günahlandırır
17.05.2014 - 19:02
0
0