Pato “Barselona”ya keçir?
30.10.2015 - 00:51
Pato “Barselona”ya keçir?

Braziliyalı hücumçu Aleşandre Pato “Barselona”nın maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, karyerasını vətənində “San-Paulo”da davam etdirən futbolçu katalonların hücum üçlüyünündə çıxış edən futbolçular - Neymar, Messi və ya Suarez üçün yaxşı alternativ hesab olunur.

 

“Sport.es”in iddiasına görə, onun keçidində əsas təşəbbüskar komandanın baş məşqçisi Luis Enrikedir.