Paytaxt derbisi Rəhim Həsənova tapşırıldı
22.02.2014 - 13:52
Paytaxt derbisi Rəhim Həsənova tapşırıldı
Topaz Premyer Liqasının XXIII turunun qarşılaşmalarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi “İnter”lə “Bakı” arasında baş tutacaq paytaxt derbisini Rəhim Həsənova həvalə edib.

Lider “Qarabağ”ın “Simurq”la görüşündə Fariz Yusifov, autsayder “Sumqayıt”la “Neftçi”nin qarşılaşmasında isə Rauf Cabbarov fit çalacaq.

23 fevral (bazar)
13:00. “Qəbələ” – “Rəvan”
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov
Qəbələ şəhər stadionu

15:00 “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Nail Nağıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança

16:00. “İnter” – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Alik Yunusov, İnqilab Məmmədov
“Şəfa” stadionu

17:00 AZAL – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
“AZAL Arena” stadionu

17:00 “Qarabağ” – “Simurq”
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ziya Nəsirov
Tofiq Bəhramov adına Respublika stadionu