Pepe Reyna İtaliyaya qayıdır
13.05.2015 - 19:45
Pepe Reyna İtaliyaya qayıdır

“Bavariya”nın ispan qapıçısı Pepe Reyna yenidən İtaliyaya qayıtmağa hazırlaşır. Apasport.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, qapıçı bir müddət icarə əsasında çıxış etdiyi “Napoli”yə dönmək istəyir.

 

Artıq anlaşmanın maddi tərəfləri də bəllidir. Reyna yeni klubu ilə 3 illik müqavilə imzalayacaq və illik gəliri 2 milyon avro olacaq.

 

İspaniya yığmasında da çıxış edən qapıçının hazırkı klubu “Bavariya”nın mümkün keçidə qarşı çıxmayacağı bildirilir.