Per-Matias Hoqmo: Azərbaycan millisi bizə sürpriz hazırlaya bilər
14.11.2014 - 14:06
Per-Matias Hoqmo: Azərbaycan millisi bizə sürpriz hazırlaya bilər

“Azərbaycan millisinin baş məşqçisi dəyişilib. Berti Fogts komandanı tərk etdi. İndi bizimlə oyunda onların başında keçmiş futbolçuları olacaq. Düşünürəm ki, gənc çalışdırıcı qələbə qazanmaq istəyir”. Apasport.az xəbər verir ki, bu sözləri Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo deyib.

 

Təcrübəli çalışdırıcı AVRO-2016-nın seçmə mərhələsində 2 gün sonra millimizlə üz-üzə gələcəkləri oyundan danışıb. Hoqmo bildirib ki, Azərbaycan millisində baş məşqçi əvəzi işləyən Mahmud Qurbanovdan sürpriz gözləmək olar: “Bəlkə də hamı rəqibin baş məşqçisini gənc olduğunu düşünüb, bizdən asan qələbə gözləyir. Amma azərbaycanlıların çalışdırıcısı bizə sürpriz hazırlaya bilər. Ehtiyatlı olmalı və öz oyunumuzu oynamalıyıq. Çox ciddi şəkildə hazırlaşırıq”.

 

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək.