“Edeqor və Mats Möller Deli yaxşı çıxış etdilər. Onların da üstün və mənfi cəhətləri var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının baş məşqçisi Per Matias Hoqmo deyib.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə üz-üzə gələcək Skandinaviya təmsilçisi ötən gün Estoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sıayıb. 0:1 hesabı ilə uduzduğu görüşdən sonra Hoqmo bu gün yerli jurnalistlərlə bir araya gəlib.
Təcrübəli çalışdırıcı Bakıdakı qarşılaşmada 4-4-2 sisteminə üstünlük verəcəyini bildirib: “Bəzi maraqlı variantları var. Hazırda Azərbaycanla oyun haqda düşünmək lazımdı. Bakıda ən optimal variantı seçmək gərəkdi. Biz səfərdəki oyundan asılı olmayaraq, 4-4-2 sisteminə üstünlük verib, özümüzü müdafiə edəcəyik. Bu o demək deyil ki, yalnız müdafiədə “oturacağıq”. Rəqibi əks-hücumlarda yaxalayacağıq. Bu müdafiə isə matça təsir etməməlidi. Biz asan olmayan, səfər oyununa çıxacağıq”.
Qeyd edək ki, Azərbaycan - Norveç matçı noyabrın 16-da saat 21:00-da "Baksel Arena"da baş tutacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı