Peter Çexdən rekord göstərici
29.12.2015 - 00:00
İngiltərə Premyer Liqasının “Arsenal” – “Bornmut” (2:0) oyunu londonluların çexiyalı qapıçısı Peter Çex üçün rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçı bu matçla birlikdə “quru oyunlar”ını 170-ə yüksəldib.
Bu isə Premyer Liqa tarixində rekord göstəricidi. Çexiya millisinin qapıçısı İngiltərə millisinin keçmiş qolkiperi Devid Ceymsi arxada qoyub.
Qeyd edək ki, cari mövsümdən etibarən “Arsenal”da çıxış edən Çex, daha əvvəl 11 mövsüm “Çelsi”nin çərçivəsini qoruyub.
- Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
0
0