Peter Çexin qiyməti məlum oldu
23.06.2015 - 23:30
Peter Çexin qiyməti məlum oldu

Londonun “Arsenal” klubu çexiyalı qapıçı Peter Çexin keçidini həll edib. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, “topçular”ın qapıçı üçün “Çelsi”yə ödəyəcəyi məbləğ də məlum olub.

 

“Zadəganlar” Çexin satışından 10.9 milyon funt-sterlinq qazanacaq.

 

Qapıçının özünün nə qədər qazanacağı haqqında isə məlumat verilmir.